Marketing Environment
Marketing Mühit
Marketing mühit şirkəti əhatə edən və onun fəaliyyətinə təsir göstərən amilləri xarakterizə edir. Burda 3 əsas prioritet var:
Makromühit – şirkətin fəaliyyətinə təsir gpstərən lakin birbaşa nəzarət edilə bilinməyən amillər. Şirkət adətən hət hansısa bir lobbi və ya siyasi qurum eyni zamanda dövlət tərəfindən qəbul edilmiş qərarlara və qanunlara qarşı çıxa bilmir. Bu davamlı olaraq dəyişdiyindən şirkət də bu dəyişikliklərə operativ şəkildə adobtasiya olmalıdır. Şirkətin əsas imkanlarını təşkil edir.
PEST təhlil
Political (Siyasi amillər) - ən güclü amillər
· Siyasi mühit nə dərəcədə stabildir?
· Dövlət sizin fəaliyyətinizi tənzimləyən qanunlara nə dərəcədə təsir edəcək?
· Marketing etikasına dövlət necə münasibət bəsləyir?
· Dövlətin iqtisadiyyatdakı siyasəti?
· Dövlətin mədəni, elmi və dini baxışları?
· Dövlət ticarət sövdələşmələrinə qoşulubmu? (NAFTA, ASEAN)
Economic (İqtisadi amillər)
· Faiz dərəcələri
· İnflyasiyanın səviyyəsi
· Məşğulluğun səviyyəsi
· Uzunmüddətli perspektivdə ÜDM və ÜMM
Social-Ethical (Sosial mədəni amillər)
· Hansı din(lər) hakimdir?
· İmport məhsullara münasibət?
· Məhsulların bazara qarışmasına dil təkan verirmi?
· İstehlakçıların Şopping etmək üçün nə qədər asudə vaxtları qalır?
· Cəmiyyətdə kişilərin və qadınların mövqeyi?
· Əhalinin həyat müddəti? Yaşlı təbəqə nə dərəcədə sağlamdır?
· Əhalinin yaşıl istehsalata baxışı? Əhalinin marketing tədbirlərinə baxışı?
· Cəmiyyətin ALİ insan modeli?
Technological (Texniki amilləri)
· Texnologiya ucuz və keyfiyyətin məhsul istehsalatına imkan verirmi?
· Texnologiya müştərilərə İnternet bank, yeni nəsil mobil telefonlar və sürətli internet kimi xidmətlər göstərməyə qadirdirmi?
· Yeni texnologiya ilə distreibusiya necə dəyişir? Məs: İnternet vasitəsilə kitab satışı (Amazon.com), təyyarə bileti satışı (flypgs.com.tr)
· Texnologiya yeni kommunikasiya yolları təklif edirmi? (elektron tablo)
Mikromühit – şirkətin fəaliyyətinə birbaşa təsir edən amillər nəzərdə tutulur. Şirkətin əsas təhdidlərini təşkil edir. 5 FORCES (5 QÜVVƏ)
The threats of Entry (Daxilolma təhdidi)
· İstehsal həcmini yüksəltməyə şərtləndirilmiş iqtisadiyyat – daim istehsal həcmini artırmaqla sağ qalmaq
· Daxilolmanın dəyəri – necəyə başa gələcək?
· Bölgü kanallarına əlyetərlik – rəqiblərin ancaq onlara işləyən bölgü kanalları varmı? Üstünlüyün dəyəri şirkətin ölçüsü ilə ölçülmür.
· Rəqiblər intiqam alacaqlarmı?
· Dövlət fəaliyyəti – fəaliyyətinmizi zəiflədəcək və ya gücləndirəcək yeni qanun dəyişiklikləri.
· Differensasiyanın əhəmiyyəti – kopyalama və plagiat
The power of Buyers (Alıcının Hakimiyyəti)
· Bazarda iştirakçıların sayı çox olduğu zaman daha güclü olur
Power of Suppliers (Təchizatçıların hakimiyyəti)
· Qoşulma xərcləri yüksək olan zaman
· Brand güclü olan zaman – Marks and Spencer
Power of Substitutes (Substitutların hakimiyyəti)
· Məhsul üçün məhsul substitutu – fax üçün mail
· Ümumi substitut – fast food ilə yarımfabrikatlar arasında
Rəqabət müabrizəsi – alıcı və satıcılar arasında bazara nəzarət mübarizəsi
· Alıcı qiyməti – alıcının məhsul üçün ödəməyə hazır olduğu maksimal məbləğ
· Satıcı qiyməti – satıcının məhsulu satmağa hazır olduğu minimal məbləğ
Daxili mühit – şirkətin özü tərəfindən yetişdirilən və idarə olunan amillər nəzərdə tutulur. Şirkətin əsas güc amillərini təşkil edir.
1. Men
2. Money
3. Machinery
4. Materials
5. Minutes